Belarusiyadan yüksək keyfiyyətli taxta
Etibarlı belarus istehsalçılarının taxta materialları da sizi laqeyd qoymayacaq, qiyməti və yeni keyfiyyət səviyyəsi ilə təəccübləndirəcək.
ən yüksək keyfiyyət
Taxtalarımızın keyfiyyəti həmişə elan edilmiş keyfiyyətə uyğundur.Taxta materialımızı alaraq, ən yaxşı keyfiyyəti ən yaxşı qiymətə əldə edirsiniz.
Quru anbar
Bütün materiallar quru anbarda saxlanılır və bu gələcəkdə qurutma və büzülmə, deformasiya və burulma, göbələk və kif kimi problemlərin olmamasını təmin edir.
Xüsusi təkliflər
Biz həmişə inşaatçılara və prorablara xüsusilə sərfəli qiymətlər təqdim edirik. Ticarət və tikinti təşkilatlarını əməkdaşlığa dəvət edirik!
Sürətli çatdırılma
Biz çalışırıq ki, malı Azərbaycana mümkün qədər tez çatdıraq
Əsas məhsullarımız
Kənarlı lövhə və Vaqonka
Yonulmuş tirlər
Oduncağın impreqnasiyası
Şirkətimiz Belarus mənşəli iynəyarpaqlı ağaclar növündən (küknar, şam ağacı) kənarları kəsilmiş yüksək
keyfiyyətli taxta-şalban təklif edir. Bütün satılan məhsul Avropanın yüksək keyfiyyət standartlarına uyğundur.
Təchizat sifarişçinin sifariş etdiyi miqdarda, nomenklaturada və ölçülər üzrə həyata keçirilir.
Həm təbii nəmlikdə material göndəririk, həm də 20% nəqliyyat nəmliyinə qədər kamera üsulu ilə qurudulmasını
həyata keçiririk.
Dəyirmi taxta-şalbanın mişarlanması yüksək ixtisaslı mütəxəssislər tərəfindən müasir avadanlıqda (disklə
mişarlama) həyata keçirilir.
Məhsulun adı | XİF ƏN kodu | Növü | Standartlaşdırılmış diapazon (qalınlıq, mm × en, mm х uzunluq, m.) | Məhsulun növü |
Mişarlanmış taxta-şalban | 4407 | Şam ağacı, küknar | 40 х 90/140/170/190 х 4000/6000 22х90/140 х 4000/6000 90×90 х 4000/6000 140×140 х 6000 190×190 х 6000 | 2,3 |
eninə: -0/+3 mm, uzununa: -3/+0 mm.
Təchizat şərtləri: d/y nəqliyyatı
Qablaşdırma: paketin ölçüləri, maks. 1,2х1,2 m (hündürlük х en)
Keyfiyyət: İnşaat. Düzgün həndəsi formada, çürüksüz, kifsiz, qurd dəyməmiş, göbələk zədələri, tökülən
budaqları, göyərmə (10%-dək təbii meşə göyərməsinə yol verilir), mişarlanmamış ağac qalıqları (5*5 mm
ölçüdə karandaş şəkilli, uzunluğunun 1/5-dək birtərəfli qalıqların olmasına yol verilir – qabığı çıxarılmalıdır)
olmayan. Sifarişçinin istəyinə görə hər bir mal partiyasına qarantin (fitosanitar) mənşə sertifikatı (forma A1)
verilir.
Oduncağın impreqnasiyası
Oduncağın ətraf mühitin aqressiv şəraitindən etibarlı şəkildə qorunması üçün onu impreqnasiya etmək lazımdır. İmpreqnasiya – oduncağa Tanalith E antiseptiki kimi xüsusi vasitənin hopdurulmasıdır. Bu, oduncağın istifadə müddətinin uzadılması və onun ətraf mühitin dağıdıcı təsirindən qorunması üçün lazımdır.
İmpreqnasiya olunmuş oduncağın istehsal texnologiyası
Oduncağın impreqnasiyası prosesi (dərindən vakkumlu hopdurma) və ya “vakuum-təzyiq-vakuum” bir neçə mərhələdən ibarətdir. Prosesin birinci mərhələsində ilkin vakuum ağacın hüceyrələrindən havanı çıxarır. Sonra kameraya qoruyucu maddə doldurulur. Növbəti mərhələdə hidrostatik təzyiq qoruyucu maddəni oduncağın strukturunun dərinliyinə nüfuz etməyə məcbur edir. Sonrakı mərhələdə vakuum oduncağın səthindən qoruyucu maddənin qalıqlarını kənarlaşdırır. Oduncağın daxilindəki aşağı təzyiq qoruyucu maddəni səthin üzərindən oduncağın daxilinə çəkir.
Nəticədə konservant oduncağın daxilində elə sabitlənir ki, onu çıxarmaq mümkün olmur. Oduncaq uzun müddətə qorunmuş olur.
İnpreqnasiya olunmuş oduncaq deformasiyaya uğramır, çürümədən və ya oddan qorxmur, torpaqla, su ilə birbaşa təmasda ola bilər və bütün istifadə müddəti ərzində əlavə qoruyucu emal tələb etmir. İmpreqnasiya olunmuş taxta-şalbanın real istifadə müddəti 75 ildən artıq ola bilər.